PSJ "Roma"ya qarşı
UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, PSJ "Park de Prens"də "Roma" ilə üz-üzə gələcək.
Fransa klubunda əsas itki Xviça Kvaratsxeliya və Dezireye Duyenin adı ilə bağlıdır.
İtaliya təmsilçisində Deyvn Rens və Lorenzo Pelleqrini baş məşqçi Can Piero Qasperinin sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə yarısı saat 12-də səslənəcək oyunu isveçli Qlenn Niberq idarə edəcək.