"Porto"da ayrılıq yaşana bilər
“Portu”nun yarımmüdafiəçisi Qabri Veiqa Avropanın bir neçə tanınmış klubunun diqqət mərkəzinə düşüb.
Sportline.az xəbər verir ki, ispaniyalı futbolçunun çıxışını “Barselona”, “Atletiko” və “Yuventus” yaxından izləyir.
Veiqanın Portuqaliya klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun sonuna qədərdir. Onun dəyəri 35 milyon avro qiymətləndirilir.
24 yaşlı futbolçu cari mövsümdə Portuqaliya çempionatında 11 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.