"Mançester Siti" "Napoli"ni qonaq edir

UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turuna start verilir.

Sportline.az xəbər verir ki, "Mançester Siti" "Etihad"da "Napoli" ilə üz-üzə gələcək. 

"Şəhərlilər"in heyətində yeganə itki Antuan Semenyonun adı ilə bağlıdır.

Massimiliano Alleqrinin komandasında itkiləri kifayət qədərdir. Aleks Meret, Alessandro Buonciorno, Benua Badiaşili, Ciovanni Di Lorenzo, Rafa Marin, Alisson Santos, Antonio Verqara və Stanislav Lobotka oyunun iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səslənəcək matçı ruminyalı hakim İştvan Kovaç idarə edəcək.