Qapıçı müayinədən keçdi
"Arsenal”ın qapıçısı David Raya zədələnib. İspaniyalı qolkiper “Nyukasl”la görüşdə aldığı zədə səbəbindən meydanı vaxtından əvvəl tərk edib.
Sportline.az London təmsilçisinin baş məşqçisi Mikel Arteta futbolçunun vəziyyətinin hələ dəqiq bilinmədiyini açıqlayıb. O, Rayaya MRT müayinəsi aparılacağını və nəticədən sonra zədənin ağırlıq dərəcəsinin bəlli olacağını bildirib.
Qeyd edək ki, “Arsenal” qarşıdakı Çempionlar Liqası matçında Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.