PSJ-də daha bir ciddi zədə – Due əməliyyat olunacaq

PSJ-nin hücumçusu Dezire Due sağ dizinin ön çarpaz bağını zədələyib.

Sportline.az xəbər verir ki, Paris təmsilçisi futbolçunun əməliyyat olunacağını açıqlayıb. 21 yaşlı fransalı futbolçu “Nitsa” ilə qarşılaşmada zədələnərək meydanı xərəkdə tərk etmişdi. 

PSJ-nin baş məşqçisi Luis Enrike hadisədən sonra futbolçunun vəziyyətinin ciddi olduğunu bildirmişdi. İspaniyalı mütəxəssis Dueyə dəstək olaraq onun daha güclü şəkildə geri dönəcəyinə inandığını söyləyib. 

Bu zədə PSJ-nin hücum xəttindəki problemləri daha da artırıb.