Harri Keyn 3 ay meydanlardan kənarda qalacaq
"Bavariya”nın hücumçusu Harri Keynin zədəsinin ağırlıq dərəcəsi bəlli olub.
Sportline.az xəbər verir ki, Münhen təmsilçisinin idman direktoru Maks Eberl ingiltərəli forvardın təxminən 3-3,5 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Keyn “Köln”lə görüşdə topuq nahiyəsindən zədələnib və sonradan əməliyyat olunub.
Tibbi müayinələr futbolçuda sindesmoz bağının cırıldığını üzə çıxarıb. Bu proqnoz özünü doğruldarsa, hücumçu yalnız fevralın sonu və ya mart ayında meydana qayıda biləcək.