"Fənərbağça" Londonda "Şaxtyor"la qarşılaşacaq

UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, "Fənərbağça" "Stemford Bric"də "Şaxtyor"la qarşılaşacaq.

Nominal meydan sahiblərində Pedrinyo, Equinaldo və Marlon baş məşqçi Arda Turanın sərəncamında olmayacaq.

İstanbul klubunda Natan Ake, Marko Asensio, Amara Diouf və Ceyden Ostervolde zədəlidir.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək görüşü ingiltərəli Maykl Oliver idarə edəcək.