"İnter" "Mançester Yunayted"ə 30 milyon avro ödəməyə hazırdır
"İnter" "Mançester Yunayted"in stopperi Matyas De Lixti heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, İtaliya klubu yanvar ayında niderlandlı futbolçu üçün qarşı tərəfə 30 milyon avro təklif edəcək.
Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.
Qeyd edək ki, M.De Lixtin "qırmızı şeytanlar"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.