"Mançester Siti"də yeni müqavilə imzalanacaq

"Mançester Siti" brazilyalı futbolçusu Mateuş Nuneşlə yeni müqavilə imzalamaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

28 yaşlı oyunçunun dəyəri 45 milyon avrodur.

Qeyd edək ki, M.Nuneşin "şəhərlilər"lə hazırki sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.