Zirkze "Yuventus"a keçir?
"Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkze karyerasını "Yuventus"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
25 yaşlı oyunçunun transfer qiyməti 20 milyon avrodur.
Qeyd edək ki, C.Zirkzenin "qırmızı şeytanlar"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.