Rio "Liverpul"la yeni müqavilə imzalayacaq
"Liverpul"un gənc futbolçusu Rio Nqumoha klubla yeni müqavilə imzalayacaq.
Sportline.az xəbər verir ki, 18 yaşlı sol cinah vingerinin klubla hazırki sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, R.Nqumohanın dəyəri 50 milyon avrodur.