"Liverpul"dan "Milan"a azad agent kimi keçir
"Liverpul"un kapitanı Vircil Van Dayk azad agent kimi klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Milan" niderlandlı stopperi heyətinə qatmaq istəyir.
Bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, V.Van Dayk 2018-ci ildən "Liverpul"un formasını geyinir.