"Tvente"nin futbolçusu Avropa nəhənglərinin hədəfindədir
"Tvente"nin futbolçusu Ruud Nijstad Avropa klublarının maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, "Çelsi", "Mançester Yunayted", "Mançester Siti" və "Barselona" 18 yaşlı stopperi heyətinə qatmaq istəyir.
Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Ruud Nijstadın transfer qiyməti 20 milyon avrodur.