İvan Toni İngiltərəyə qayıdır
"Əl-Əhli"nin forvardı İvan Toni karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" 30 yaşlı hücumçu üçün hərəkətə keçib.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, İ.Toni dəyəri 20 milyon avrodur.