“Napoli” argentinalı futbolçunu “gözaltı edib”

“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Napoli” “Çelsi”nin yarımmüdafiəçisi Valentin Barko ilə maraqlanır.

Sportline.az xəbər verir ki, bu barədə “Sport Insider” məlumat yayıb.

Neapol təmsilçisi Kevin de Bruyne və Skott Maktomineyin mümkün gedişini nəzərə alaraq, yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. Klub oyun vaxtı azlığı yaşayan argentinalı futbolçunu heyətinə qatmaq istəyir. Barkonun yanvarda icarəyə göndərilməsi də gündəmdədir.

22 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə cəmi 7 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilin yayına qədərdir.