"Milan" "Olimpiakos"un qonağı olacaq
UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turuna start verilir.
Sportline.az xəbər verir ki, "Milan" bu tur "Olimpiakos"un qonağı olacaq.
Yunanıstan klubunda Çikinyo, Qustavo Puerta, Santiaqo Hezze, Ayub El Kabi və Yusuf Yazıcı meydana çıxa bilməyəcək.
"Rossonerilər"ə itkiləri daha çoxdur. Luka Modriç, Strahinya Pavloviç, Pietro Terrassiano, Fikayo Tomori, Matteo Qabbia, Aleksis Salemakers, Ruben Loftus-Çik və Samuel Çukvueze baş məşqçi Ruben Amorimin sərəncamında olmayacaq.
Qeyd edək ki, "Olimpiakos" - "Milan" oyunu bu gün Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.