“Çətinliklərin öhdəsindən gələcəyimizə inanırıq”

PSJ-nin baş məşqçisi Luis Enrike qış transfer pəncərəsində yeni hücumçu almağı planlaşdırmadıqlarını bildirib.

Sportline.az xəbər verir ki, mütəxəssis Desire Due və Xviça Kvaratsxeliyanın uzunmüddətli zədələnməsinə baxmayaraq, Paris klubunun çalışdırıcısı mövcud heyətə güvəndiyini deyib.

“Altı aylıq zədə müddətini kompensasiya etmək üçün futbolçu transfer etməyəcəyik. Bizim belə bir yanaşmamız yoxdur. Heyətimiz var. Çətinliklərin öhdəsindən gələcəyimizə inanırıq”, – deyə ispaniyalı mütəxəssis bildirib.