“Onu 20 milyona sata bilərik”

“Komo”nun baş məşqçisi Sesk Fabreqas Luis Milyanın çıxışından razı qalıb. 

Sportline.az xəbər verir ki, mütəxəssis UEFA Çempionlar Liqasında AEK üzərində qazanılan 1:0 hesablı qələbədən sonra futbolçunun qolunu xüsusi qeyd edib.

Fabreqas zarafatla yanvar ayında Milyanı 20 milyon avroya sata biləcəklərini söyləyib. O, komandasının xarakterini, mentalitetini və qələbə istəyini də yüksək qiymətləndirib.

Qeyd edək ki, “Komo” Çempionlar Liqasında keçirdiyi ilk 5 oyunun 4-də qalib gəlib.