Mbappe Çempionlar Liqasında yeni rekorda imza atdı
Kilian Mbappe PSV ilə qarşılaşmada dubl edərək Çempionlar Liqasında daha bir tarixi göstəriciyə imza atıb.
Sportline.az xəbər verir ki, fransalı hücumçu turnirdə 75-ci qolunu vurub. O, bu göstəriciyə 103-cü oyununda çataraq turnir tarixində ən az oyun keçirən futbolçulardan biri olub.
Bu nəticə ilə Mbappe yalnız Lionel Messi və Robert Levandovskidən geri qalır.