“Valensiya” Kepanı istəyir

"Valensiya” qış transfer pəncərəsi öncəsi qapıçı mövqeyini gücləndirmək üçün Kepanın xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, İspaniya klubu “Arsenal”ın qapıçısı ilə bağlı ilkin araşdırma aparıb. Lakin London təmsilçisi mövsümün ortasında təcrübəli futbolçunu buraxmaq istəmir.

David Raya’nın zədələnməsi də Kepanın “Arsenal” üçün əhəmiyyətini artırıb.
Hazırda tərəflər arasında konkret danışıqların başladığı bildirilmir.