“Mançester Yunayted” hər oyunda qalib gəlməlidir”

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 12-ci turunda “Brentford”la keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, argentinalı mütəxəssis qarşılaşma ilə bağlı danışarkən belə deyib: 

“Mançester Yunayted” hər oyunda qalib gəlməlidir”.

“Mançester Yunayted” – “Brentford” görüşü noyabrın 28-də, “Old Trafford” stadionunda keçiriləcək. “Qırmızı şeytanlar” 11 turdan sonra 8 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıblar. “Brentford” isə 17 xalla 6-cı yerdədir.