"Beşiktaş" – "Hapoel" matçında tribunalarda qarşıdurma: Azarkeş xərəkdə aparıldı!
"Beşiktaş" – "Hapoel Beer Şeva" matçının 26-cı dəqiqəsində tribunalarda gərgin anlar yaşanıb.
Sportline.az xəbər verir ki, "Beşiktaş" azarkeşləri tribunaların mərkəzində qarışıqlıq yaradıblar.
Hadisə zamanı bir azarkeş ciddi xəsarət alıb və xərəkdə tribunadan uzaqlaşdırılıb.
Futbolçuların və asayiş keşikçilərinin müdaxiləsindən sonra vəziyyət nisbətən sakitləşib.
Baş hakim qarşılaşmanı dayandırmalı olub. Görüşün davam etdirilib-etdirilməyəcəyi isə sual altındadır.