“Real” və “Barselona” Haland üçün hərəkətə keçib
“Mançester Siti”nin hücumçusu Erlinq Haland İspaniyanın iki top-klubunun – “Real” və “Barselona”nın maraq dairəsində qalmaqda davam edir.
Sportline.az xəbər verir ki, hər iki klub norveçli futbolçunun gələn il mümkün transferinin şərtlərini öyrənmək üçün mütəmadi olaraq vasitəçilərlə əlaqə saxlayır.
“Real” və “Barselona” mümkün keçidin maliyyə tərəfini və reallaşdırılma mexanizmlərini araşdırır.
26 yaşlı hücumçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2034-cü ilin iyununun sonuna qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 220 milyon avro qiymətləndirir.