Pavlidis London klubuna keçir
"Benfika"nın forvardı Vangelis Pavlidis "Tottenhem"in maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Record Portugal" nəşri məlumat yayıb.
28 yaşlı hücumçunun transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, V.Pavlidis cari mövsüm meydana çıxdığı 20 matçda 19 qol, 4 asistlə yadda qalıb.