Haverts Bundesliqa klubunun maraq dairəsindədir
“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Arsenal”ın hücumçusu Kay Haverts karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 27 yaşlı futbolçu “Bayern”in maraq dairəsinə düşüb. Münhen təmsilçisi zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq Harri Keynin əvəzləyicisini axtarır. “Arsenal” isə Havertsin transferi üçün 75-85 milyon avro tələb edir.
Almaniyalı hücumçu cari mövsümdə İngiltərə Premyer Liqasında 11 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.