“Çelsi” fransalı müdafiəçi ilə maraqlanır

“Volfsburq”un və Fransa millisinin müdafiəçisi Sael Kumbedi karyerasını “Çelsi”də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

“Zadəganlar” 21 yaşlı futbolçunun çıxışını yaxından izləyirlər. Ancaq Kumbediyə Londonun digər klubları – “Fulhem” və “Tottenhem” də maraq göstərir.

Fransalı müdafiəçi cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 10 oyunda meydana çıxıb. Onun “Volfsburq”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.