“Sivasspor” klubu Rey Manajla yollarını ayırıb
Türkiyənin “Sivasspor” klubu Rey Manajla yollarını ayırıb.
Sportline.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının qeydlərində 29 yaşlı hücumçunun müqaviləsinin noyabrın 25-də başa çatdığı göstərilib. Albaniyalı futbolçu daha əvvəl sosial şəbəkə hesabında müqaviləni birtərəfli qaydada ləğv etdiyini açıqlamışdı.
Onun növbəti klubu hələ məlum deyil.