“Lids”dən hücumçusu ilə yeni müqavilə
İngiltərə millisinin hücumçusu Dominik Kalvert-Lyuin “Lids”lə müqaviləsini yeniləyib.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı forvardın yeni sözləşməsinin müddəti 2029-cu ilin ortalarına qədər qüvvədə olacaq. Daha əvvəl İngiltərə mətbuatında futbolçu ilə “Mançester Yunayted”in maraqlandığı barədə xəbərlər yayılmışdı.
Kalvert-Lyuin cari mövsümdə Premyer Liqada 11 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun komandası 11 turundan sonra 17 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.