“Real” hücumçusunu satmağa hazırdır
“Real” hücumçusu Endriki qış transfer dönəmində komandadan göndərməyə razıdır.
Sportline.az xəbər verir ki, bu barədə “El Partidazo de COPE” məlumat yayıb.
“Milan” braziliyalı futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır. Ancaq “Real”ın baş məşqçisi Joze Mourinyo Endrikin komandada qalmasını istəyir.
Klub rəhbərliyi isə 20 yaşlı forvard müntəzəm oyun praktikası qazanmaq üçün ayrılmaq istədiyini bildirsə, onun gedişinə mane olmayacaq. Transferin həm icarə, həm də birdəfəlik satış formasında reallaşması nəzərdən keçirilir. Sonuncu variantda “Real”ın futbolçunu geri almaq hüququnun saxlanılması da mümkündür.
Endrik cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.