"Arsenal"a keçə bilər
“Arsenal” “Brügge”nin futbolçusu Karlos Forbsu transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, 22 yaşlı portuqaliyalı cinah oyunçusu London klubunun yanvar ayı üçün transfer hədəflərindən biridir.
“Topçular” hücum xəttini gücləndirmək üçün bir neçə variantı nəzərdən keçirir. Forbsun transferi ilə bağlı hələ rəsmi təklif irəli sürülməyib.