“Atletiko” “Milan”ın müdafiəçisini transfer edə bilər
Madrid “Atletiko”su Fikayo Tomori ilə maraqlanır.
Sportline.az xəbər verir ki, ingiltərəli müdafiəçinin “Milan”la müqaviləsinin son 6 ayına daxil olması İspaniya klubunun diqqətini çəkib.
Madrid təmsilçisinin yanvar ayında bu transfer üçün hərəkətə keçə biləcəyi iddia olunur.
Tomorinin gələcəyi ilə bağlı yekun qərar verilməyib.