Türkiyə Fransaya qarşı
Millətlər Liqasında 2-ci turun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, Türkiyə millisi Kocaelide Fransa seçməsi ilə qarşılaşacaq.
"Ay-ulduzlu"larda itkilərin sayı çoxdur. Orkun Kökçü, Deniz Gül, Yunus Akgün və Muhammed Şengezer zədədən əziyyət çəkir.
Zinəddin Zidanın komandasında Matteo Gündizi cəzalı, Zaire Emeri isə zədəlidir.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək görüşü almaniyalı Feliks Zvayer idarə edəcək.