Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Yuri Maksimov komandanı ilk məşqinə çıxarıb.

Sportline.az xəbər verir ki, Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 günlük istirahətdən sonra komanda hazırlığı bərpa edib.

Məşqdən əvvəl Yuri Maksimov klub rəhbərliyi tərəfindən futbolçulara təqdim olunub. Daha sonra təxminən 2 saat davam edən məşq keçirilib.

Milli komandaların düşərgəsinə yollanan Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi hazırlıqda iştirak etməyiblər. Digər futbolçular məşqdə yer alıblar.