Lixtenşteyn Litva ilə üz-üzə gələcək

UEFA Millətlər Liqasında bu gün yeni mövsüm start götürəcək.

Sportline.az xəbər verir ki, 1-ci turun ilk günündə 8 görüş oynanılacaq.

Azərbaycan millisinin yer aldığı D qrupunda bu gün Lixtenşteyn öz meydanında Litva ilə qarşılaşacaq.

Hər iki komandanın heyətində zədəli futbolçu yoxdur.

Qeyd edək ki, Lixtenşteyn - Litva qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Matçı xorvatiyalı hakim Ante Kulina idarə edəcək.