Kosova - İrlandiya: Heyətlərdəki son durum

Bu gün Millətlər Liqasında 1-ci tura start veriləcək.

Sportline.az xəbər verir ki, Kosova öz meydanında İrlandiya millisi ilə üz-üzə gələcək. 

Franko Fodanın komandası meydana optimal heyətlə çıxacaq.

İrlandiya seçməsində isə Bosun Laval baş məşqçi Heymir Hallqrimssonun sərəncamında olmayacaq.

Qeyd edək ki, Kosova - İrlandiya görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qarşılaşmada ədaləti belçikalı Lovrens Visser qoruyacaq.