Almaniya Niderlandla heç-heçə etdi
UEFA Millətlər Liqasında bu gün yeni mövsüm start götürüb.
Sportline.az xəbər verir ki, 1-ci turun ilk günündə 8 görüş oynanılıb.
Günün ən maraqla gözlənilən qarşılaşmasında isə Niderland Almaniya ilə üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib.
Qeyd edək ki, Azərbaycan millisi isə turnirdə ilk oyununu sentyabrın 27-də keçirəcək. D Liqasında çıxış edən komandamız səfərdə Litvanın qonağı olacaq.
UEFA Millətlər Liqası, qrup mərhələsi, 1-ci tur
24 sentyabr
D Liqası, 1-ci qrup
20:00. Andorra – Malta - 1:2
Qollar: Lopez, 17 - Kardona, 36, Teuma, 81
A Liqası, 2-ci qrup
22:45. Niderland – Almaniya - 1:1
Qollar: Qakpo, 90+2 - Nmeça, 32
22:45. Serbiya – Yunanıstan - 1:2
Qollar: Zivkoviç, 4 - Tzolis, 74, Duvikas, 90+5
A Liqası, 4-cü qrup
22:45. Portuqaliya – Uels - 1:0
Qol: Joao Feliks, 22
22:45. Norveç – Danimarka - 3:2
Qollar: Bobb, 14, Haaland, 18, 74 - Damsqaard, 25, Hoylund, 60
B Liqası, 3-cü qrup
22:45. Avstriya – İsrail - 3:1
Qollar: Şmid, 43-pen; Mvene, 90, Kalaydziç, 90+3 - Əbu Farçi, 55
22:45. Kosova – İrlandiya - 1:0
Qol: Muriqi, 83
D Liqası, 2-ci qrup
22:45. Lixtenşteyn – Litva - 0:2
Qollar: Miçelbrink, 53, Dolznikov, 66