Özbəkistan millisi İrana qalib gəldi
Özbəkistan seçməsi doğma meydanda İran yığmasını qəbul edib.
Sportline.az xəbər verir ki, “İstiqlol” stadionunda keçirilən yoldaşlıq qarşılaşması meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Özbəkistan - İran - 3:1
Qollar: E.Şomurodov, 10, 58-pen; H.Norçayev, 90+4 - C.Urozov, 49-avtoqol
Qeyd edək ki, İran növbəti oyununu sentyabrın 29-da Rusiya millisinə qarşı keçirəcək. Özbəkistan isə oktyabrın 1-də Suriya ilə qarşılaşacaq.