20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü

Polşalı futbolçu Oskar Kordus 20 yaşında yol qəzasında ölüb.

Sportline.az xəbər verir ki, qəzanın cüyürün yola çıxması səbəbindən baş verdiyi bildirilir.

Hadisə sentyabrın 21-də Qostın şəhərində baş verib.

Məlumata görə, avtomobillərdən birinin sürücüsü qəfil yola çıxan cüyürü vurub. Zərbənin təsirindən heyvan qarşıdan gələn digər avtomobilin üzərinə düşüb. Həmin avtomobildə futbolçu Oskar Kordus olub.

Futbolçu çoxsaylı xəsarətlər alıb. Kordus həmin gün axşam saatlarında isə vəfat edib.