Yunanıstan Serbiyanın qonağı olacaq

Bu gün Millətlər Liqasında 1-ci tura start veriləcək.

Sportline.az xəbər verir ki, Serbiya doğma meydanda Yunanıstanla üz-üzə gələcək. Tərəflər arasında sonuncu oyun 2014-cü ildə keçirilib. Sözügedən qarşılaşmada Yunanıstan rəqibi 2 cavabsız qolla üstələmişdi.

Meydan sahiblərində yeganə itki Aleksa Terziçin adı ilə bağlıdır. Yunanıstan komandası isə görüşə optimal heyətlə çıxacaq.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 22:45-də başlanacaq oyunu isveçli Qlen Niberq idarə edəcək.