Mahir Emrelinin son durumu

Milli komandanın hücumçusu Mahir Emrelinin zədəsi elə də ciddi deyil.

Bu haqda AFFA-nın Mətbuat və İctimaiyyətlə Ələqələr Şöbəsinin rəhbəri Murad Axundov Sportline.az-a məlumat verib.

Onun sözlərinə görə, Tacikistan millisi ilə oyunda ayağından xəsarət alan futbolçunun durumu ilə bağlı ciddi narahatlığa əsas yoxdur: "Həkimlərin müayinədən sonrakı qənaəti belədir. Ciddi zədə aşkarlanmadı. Amma Emrelinin UEFA Millətlər Liqasının ilk turunda Litvaya qarşı oyunda meydana çıxacağı sual altındadır. Məsələyə oyun günü tam aydınlıq gətiriləcək".

Qeyd edək ki, Litva – Azərbaycan görüşü iyulun 27-də Kaunas şəhərində olacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.