İspaniya millisi Luis de la Fuente ilə bağlı qərarını verdi

İspaniya Kral Futbol Federasiyası (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, 65 yaşlı mütəxəssislə yeni müqavilə 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Əvvəlki müqavilənin müddəti 2028-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, Luis de la Fuente 2022-ci ildən İspaniya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2026-cı ildə dünya, 2024-cü ildə Avropa çempionu olub, həmçinin 2022/2023 mövsümündə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.