"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər

"Qalatasaray" rəhbərliyi Okan Burukla yollar ayrılacağı təqdirdə komandanı tapşıracağı yeni baş məşqçini müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisinin bir nömrəli hədəfi Didye Deşamdır.

"Sarı-qırmızılar"ın rəhbərliyi ayrılıq yaşansa, son olaraq Fransa milli komandasını çalışdırmış təcrübəli mütəxəssislə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, O. Buruk 4 ildir "Qalatasaray"ı çalışdırır. O, komandanı 4 dəfə Türkiyə çempionu edib.