Xankəndi stadionuna qayıdışa 1 ay qaldı

1-ci liqa təmsilçisi “Xankəndi” komandası bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir.

Klubun yaydığı məlumata görə, işlərin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır. Bundan sonra stadionun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

“Xankəndi”nin Xankəndi şəhər stadionunda ilk ev oyununun tarixi isə rəsmi açılışın qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.

Beləliklə, klubun təxminən bir ay sonra doğma şəhərində ilk ev oyununa çıxacağı gözlənilir.