Florian Virts Almaniyaya qayıdır?

Ötən ilin yayında "Bayer"dən "Liverpul"a rekord məbləğə - 150 milyon avroya transfer olunan Florian Virts karyerasını yenidən Almaniyada davam etdirə bilər.

Sportline.az GOAL nəşrinə istinadən xəbər verir ki, "Bavariya" 23 yaşlı hücumameyilli yarımmüdafiəçini transfer etmək niyyətindədir.

Almaniya millisinin üzvünün "Liverpul"la sözləşməsi 2030-cu ilin yayında başa çatacaq.

Qeyd edək ki, F.Virtsin hazır ki dəyəri 100 milyon avrodur.