Azərbaycan Tacikistana qarşı

Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşünə çıxacaq.

Sportline.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Tacikistanla üz-üzə gələcək.

"Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan və Tacikistan milliləri indiyədək iki dəfə qarşılaşıblar. Hər iki görüşdə Azərbaycan yığması meydanı qalib tərk edib.

Xatırladaq ki, bu matç UEFA Millətlər Liqasının senyabr-oktyabrda keçiriləcək Litva və Lixtenşteynlə oyunlarına hazırlıq mahiyyəti daşıyır.

23 sentyabr

20:00 Azərbaycan – Tacikistan