Okan Burukun taleyi bu oyundan sonra bəlli olacaq
“Qalatasaray”ın baş məşqçisi Okan Burukun gələcəyi ilə bağlı qərarın oktyabrın 13-də keçiriləcək “Barselona” ilə matçdan sonra veriləcəyi iddia olunur. Türkiyə təmsilçisinin həmin qarşılaşmada məğlub olacağı təqdirdə Burukun istefaya göndəriləcəyi bildirilir.
Sportline.az xəbər verir ki, hazırda Türkiyədə “Qalatasaray” azarkeşləri Okan Burukun istefasını tələb edirlər. Bu tələblər ötən şənbə günü komandanın “Trabzonspor”a 0:4 hesabı ilə məğlub olmasından sonra daha da güclənib.
“Qalatasaray” - “Barselona” qarşılaşması oktyabrın 13-də, çərşənbə axşamı keçiriləcək. Komandanın bu oyunda göstərəcəyi nəticənin Okan Burukun gələcəyi ilə bağlı qərarda əsas amillərdən biri olacağı gözlənilir.