“Real”da itki – Valverdenin zədəsi bəlli oldu
“Real” Federiko Valverdenin zədəsi ilə bağlı açıqlama yayıb.
Sportline.az xəbər verir ki, uruqvaylı futbolçuda sol topuq nahiyəsinin üçüncü dərəcəli burxulması aşkarlanıb. Valverde bu zədəni “Atletiko” ilə oyunda alıb və qarşılaşmanı tamamlayıb.
İspaniya mətbuatına görə, yarımmüdafiəçinin təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.