“Arsenal”dan Rays üçün böyük addım

“Arsenal” Deklan Raysın müqaviləsini uzatmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, İngiltərə millisinin üzvünün yeni sözləşməsinin 2031-ci ilin yayına qədər olması gözlənilir.

London klubu bununla yanaşı, Raysın maaşını Bukayo Sakaya yaxınlaşdırmağı planlaşdırır.