100 mindən çox bilet satılıb

"Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikdə 104 620 bilet satılıb. 

Sportline.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Bilet satışının ilkin gözləntiləri və planlaşdırılan tempi xeyli üstələdiyi bildrilib. 

Qeyd edilib ki, hazırkı qiymətlər daha çox insanın oyunlara qatıla bilməsi nəzərə alınaraq münasib səviyyədə müəyyən edilib.

Bilet alan azarkeşlər dörd ev oyununun hər biri üçün yerlərini əvvəlcədən təmin edirlər.

Bilet satışından əldə olunan gəlirin 25 faizinin “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramına yönəldiləcəyi də bildirilib.

“Sabah”ın ev oyunlarının təqvimi

2-ci tur, 13 oktyabr 

20:45. "Sabah" - "Slaviya" (Çexiya)

3-cü tur, 20 oktyabr

20:45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)

5-ci tur, 25 noyabr

21:45. "Sabah" - "Barselona" (İspaniya)

7-ci tur, 20 yanvar

21:45. "Sabah" - "Napoli" (İtaliya)