Millətlər Liqasına bu gün start veriləcək

UEFA Millətlər Liqasında bu gün yeni mövsüm start götürəcək.

Sportline.az xəbər verir ki, 1-ci turun ilk günündə 8 görüş oynanılacaq.

Günün ən maraqla gözlənilən qarşılaşmasında isə Niderland Almaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi isə turnirdə ilk oyununu sentyabrın 27-də keçirəcək. D Liqasında çıxış edən komandamız səfərdə Litvanın qonağı olacaq.

UEFA Millətlər Liqası, qrup mərhələsi, 1-ci tur
24 sentyabr

D Liqası, 1-ci qrup
20:00. Andorra – Malta

A Liqası, 2-ci qrup
22:45. Niderland – Almaniya
22:45. Serbiya – Yunanıstan

A Liqası, 4-cü qrup
22:45. Portuqaliya – Uels
22:45. Norveç – Danimarka

B Liqası, 3-cü qrup
22:45. Avstriya – İsrail
22:45. Kosova – İrlandiya

D Liqası, 2-ci qrup
22:45. Lixtenşteyn – Litva